Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Ukrayna ilə azad ticarəti dayandırdı

Date: 16 December 2015 19:59

Rusiya prezidentiVladimir Putin Ukrayna ilə azad ticarət zonası haqqında razılaşmanın 2016-cı ilin yanvarından 1-dən dayandırılması barədə fərman imzalayıb.

 

APA-nın “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, qərarın qəbul edilməsinə “müstəsna şərait, maraqlar və dövlətin iqtisadi təhlükəsizliyi” kimi faktorlar təsir edib.

 

Rusiya Xarici İşlər Nazirliyi rəsmi Kiyevi müqavilənin ləğv edilməsi ilə bağlı məlumatlandıracaq.

 

Xatırladaq ki, bu ilin oktyabrında Ukrayna baş naziri Arseniy Yatsenyuk Ukrayna və Avropa İttifaqı arasında azad ticarət zonası haqqında müqavilənin gələn ilin yanvarın 1-dən etibarən qüvvəyə minəcəyini açıqlayıb.


Tags:  Rusiya Ukrayna azad ticarəti dayandırdı

RƏYLƏR


Top news