Şirvanda oğrular saxlanıldı

Şirvanda oğrular saxlanıldı
20:14 16 Dekabr 2015
36 Ölkə
Ölkə mətbuatı
A- A+

Şirvan polisi 8 evdən oğurluq 2 nəfəri şübhəli şəxs qismində saxlayıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan polis şöbəsinin əməkdaşları mənzillərdən silsilə oğurluq edən Şirvan şəhər sakinləri, S.Vurğun küçəsi, ev 2, mənzil 9-da yaşayan 1996-cı il təvəllüdlü Abbasov Zahid Eldar oğlu və G.Şıxbalaoğlu küçəsi ev 137, mənzil 5-də  yaşayan 1994-cü il  təvəllüdlü Əliyev Elçin Elşən oğlunu saxlayıb. Həmin şəxslər müxtəlif vaxtlarda mənzillərə daxil olaraq oradan xeyli miqdarda qızıl-zinət və məişət əşyaları oğurlamaqla vətəndaşlara xeyli miqdarda maddi ziyan vurublar.

 

Belə ki, 11 sentyabr 2015-ci il saat 03:00 radələrində Yaqubov Roman Albert oğluna məxsus evə daxil olaraq oradan  5750 dəyərində qızıl-zinət əşyaları götürüblər. Bundan başqa 7 dekabr və 13 dekabr  gecə saatlarında Şirvan sakini, Mehriban Qurbanovaya məxsus   gözəllik salonundan ümumilikdə 779 manat dəyərində əşyalar oğurlayıblar. Dekabrın 14-ü, saat 02:00 radələrində Muradov Elşən Novruz oğluna məxsus fərdi yaşayış evindən 175 manat dəyərində məişət texnikası və əşyalar oğurlayıblar. Elçin Əliyev  8 may gecə saat 02:00 radələrində   Səmədova Mətanətə məxsus fərdi yaşayış evindən  3300 manat və 2000 ABŞ dolları miqdarında qızıl-zinət əşyaları oğurlayıb. Adı çəkilən şəxslər sonuncu dəfə T.İsmayılov küçəsində yerləşən Soltanov İsrayıla məxsus mağazadan oğurluq etmək istəyərkən mağaza sahibi tərəfindən yaxalanaraq polisə təhvil verilib.

 

Hər iki şəxs barəsində Şirvan polis şöbəsi tərəfindən  Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225477

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR