Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Dekabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 16 Dekabr
20:14 16 Dekabr 2015
59 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ
 
Bu gün dünyada neftin qiymətini müəyyənləşdirəcək əsas subyektlər OPEK və Birləşmiş Ştatlardır. OPEK gündəlik hasilat kvotasını azaldarsa, neftin qiyməti bahalaşa, ABŞ neft ixracına qoyulmuş qadağanı qaldırarsa, neft sürətlə ucuzlaşa bilər. ABŞ-ın qiymətlərə təsiri təkcə nefti ucuzlaşdırmaqla bitmir. Əksinə Birləşmiş Ştatlar malik olduğu təsir imkanlarından istifadə edərək bazarda neftin qiymətini bahalaşdıra bilər. Məsələn, İrana qarşı sanksiyaları saxlamaq və sərtləşdirməklə neftin qiyməti əvvəlcə sabitləşə, sonra isə mərhələli şəkildə bahalaşar. Yaxud, ABŞ Səudiyyə Ərəbistanı vasitəsilə OPEK-dən nefti istər ucuzlaşdırmaq, istər bahalaşdırmaqla bağlı qərar çıxara bilər. Bu gün neftlə bağlı xəbərlər qiymətlərin bahalaşacağı yönündədir. OPEK rəsmisinin ürəklə “neft bahalaşacaq” deməsini son dərəcə ciddi qəbul etmək lazımdır, çünki bu sözü hansısa ekspert deyil, neftin qiymətini müəyyənləşdirən qurumun rəhbəri deyir. Üstəlik ABŞ İrana qarşı sanksiyaları nəinki saxlamaq, hətta sərtləşdirə biləcəyini açıqlayır. Bu, isə bazara əlavə neftin daxil olmayacağı, təklifin tələbi üstələməsi deməkdir. Yəni ki, qiymət artımına səbəb olacaq situasiyadır. “Bloomberg”in İŞİD faktorunu xatırladaraq 100 dollar qiymətdən dəm vurmasını qeyri-ciddi saymaq üçün əsas yoxdur. Əvvəla, “Bloomberg” çox ciddi strukturdur, ikincisi, bu xəbər Kerri-Putin görüşündən sonra yayılıb. Xəbərlərin ümumi təhlili neftin qiymətinin artacağından çox, bu artıma təsir göstərə biləcək proseslərlə bağlı təxminlər sürməyə əsas verir. 2016-cı il deyəsən, sürprizlər ili olacaq. 
 
Vüqar MƏSİMOĞLU


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225476

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR