Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Dünyanın ən bahalı sarayı

Dünyanın ən bahalı sarayı

Date: 16 December 2015 20:19

Fransanın paytaxtı Parisdəki şəhərkənarı bağ evi qiymətinə görə dünya rekordunu yeniləyib.

 

Lent.az-ın “azərtac”-a istinadən məlumatına görə,  sarayın dəyəri 275 milyon avrodur (301 milyon ABŞ dolları). XIV Lüdovikə məxsus dəbdəbəli mülkün Orta Şərqdən olan alıcısı barədə bütün məlumatlar gizli saxlanılır.

 

Saray 23 hektarlıq ərazidə tikilib. Üç ilə yaxındır ki, bərpa işləri aparılan sarayda nəhəng akvarium, kinoteatr və şərab anbarı, həyətində isə qızıl yarpaqlarla örtülmüş fəvvarə var.

 

Xatırladaq ki, sonuncu rekord 2011-ci ildə Londonda 221 milyon ABŞ dollarına satılan “Penthaus”a məxsus idi.






Tags:  Dünyanın bahalı sarayı

RƏYLƏR


Top news