Ramiz Əzizbəylidən xəbər var

Ramiz Əzizbəylidən xəbər var
20:21 16 Dekabr 2015
119 Şou
Ölkə mətbuatı
A- A+

Xalq artisti Ramiz Əzizbəylinin səhhəti nisbətən yaxşılaşıb.

Axşam.az-ın məlumatına görə, bu barədə anspress-ə hazırda evdə olan xalq artisti özü məlumat verib. "Artıq xəstəxanadan çıxmışam, müalicəmi evdə davam etdirirəm. Heç nəyə ehtiyacım yoxdu, hər şey yaxşıdır", - deyən Ramiz Əzizbəyli xəstəliyi ilə əlaqədar nitqində problem yarandığını və çox danışa bilmədiyini də söylədi. Beyinin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artistinin vəziyyəti ilə bağlı onun qızı Xədicə Əzizbəyli bildirdi ki, hazırda atasının müalicəsi ev şəraitində davam etdirilir.

"Bu xəstəliyin müalicəsi uzun müddət tələb edir. Atamın həm də şəkər xəstəliyi olduğu üçün həkimlər əməliyyat edilməsini də məsləhət bilmir. Odur ki, yalnız dərmanlar vasitəsilə beyinə sızan qanın sovrulmasına çalışırlar". Ramiz Əzizbəylinin hər hansı xarici ölkədə müalicəyə ehtiyacının olmasına gəlincə, qızı hələlik həkimlərin bunu lazım bilmədiyini vurğuladı.

Xalq artisti Ramiz Əzizbəyli 2014-cü ilin fevralında şəxsi avtomobilində sükan arxasında olarkən beyin insultu keçirib. Bu səbəbdən hətta həmin vaxt maşını ilə yüngül qəza da keçirib. Artıq iki ilə yaxındır ki, xəstəliyi ilə bağlı səhhətində ciddi problemlər yaşayan xalq artisti uzun müddətdir fəaliyyətindən də kənarda qalıb.

Xəbərin orijinal ünvanı: http://axsam.az/site/?name=xeber&news_id=42635

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR