"Qəbələ" "Zirə"yə də məğlub oldu

"Qəbələ" "Zirə"yə də məğlub oldu
20:33 16 Dekabr 2015
58 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Azərbaycan Premyer Liqasında XVII turun oyunları davam edir.

Trend-in məlumatına görə, "Zirə" doğma meydanda "Qəbələ"ni qəbul edib.

Oyunda cəmi bir qol qeydə alınıb. Nicat Qurbanovun 24-cü dəqiqədə vurduğu qol "Zirə"ni ikinci pilləyə (29 xal) yüksəldib.

Hazırda turnir cədvəlində "Qarabağ" 37 xalla lider, "İnter" və "Qəbələ" isə 27 xalla 3-4-cü yerləri bölüşürlər.

Tura sabah keçiriləcək "Xəzər Lənkəran" - "Kəpəz" və "Neftçi" - AZAL matçları ilə yekun vurulacaq.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2470475.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR