Aktual mövzular: Dollar alış-satışı , Cəbhədə gərginlik, Məzənnə, Hava haqqında, Neftin qiyməti

​Angela Merkel: "Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır"

​Angela Merkel: "Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır"

Date: 16 December 2015 20:52

Bakı. 16 dekabr. REPORT.AZ/ Ukraynada vəziyyətin tənzimlənməsi ilə bağlı Minsk razılaşması yerinə yetirilmədiyindən Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Almaniyanın kansleri Angela Merkel ölkə parlamentində hökumət adından verdiyi bəyanatdakı çıxışında vurğulayıb.
"Rusiyaya qarşı sanksiyaların ləğv edilməsi "Minsk" razılaşmasının tam gerçəkləşməsi ilə bağlıdır. Biz hələ buna nail ola bilməmişik. Ona görə də mən və xarici işlər nazirimiz həm razılaşmanın, həm də sanksiyaların müddətinin uzadılması mövqeyindən çıxış edirik", - Angela Merkel bildirib.
Qeyd edək ki, Ukraynadakı vəziyyətin tənzimlənməsi ilə bağlı Minsk təmas qrupu bu il fevralın 12-də razılaşma əldə edib. Həmin razılaşmaya əsasən, Rusiya bu Ukraynanın suveren hüquqlarının tanınması ilə bağlı öhdəlik götürüb.
Almaniya kansleri Bəşşar Əsədlə Suriyanın perspektivinin olmayacağını təkrar bəyan edib: "Bu o deməkdir ki, Suriyada savaşı Əsədsiz sona çatdırmaq lazımdır. Əsəd heç bir halda Suriya ilə bağlı qəbul ediləcək qərarların tərkib hissəsi ola bilməz".

Tags:  Angela Merkel Rusiyaya qarşı sanksiyaların müddəti uzadılmalıdır

RƏYLƏR


Top news