Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Neft üç dəfə bahalaşacaq

Neft üç dəfə  bahalaşacaq

Date: 16 December 2015 21:16

Gələn il OPEK gözlənilmədən neft hasilatını azaldacaq ki, bu da Brent neftinin barrelinin qiymətini 100 dollara qədər qaldıracaq.

ANS PRESS-in məlumatına görə, bu şok doğuran proqnozu Danimarkanın “Saxo Bank” investisiya bankı investisiya bankı yayıb. Ənənəyə görə, hər il Yeni il ərəfəsi “Saxo Bank” gələn il üçün proqnozlar verir.

“Saxo Bank”ın daha bir "şok doğuran proqnozu" vahid Avropa valyutasının möhkəmləndirilməsi ilə bağlıdır. Bankın proqnozuna görə, avronun məzənnəsi gələn il 1,23 dollara qədər qalxa bilər.

“Saxo Bank” beynəlxalq kapital bazarlarında onlayn-investisiyalar sahəsində ixtisaslaşıb. Bu cür "şok doğuran proqnoz"lar təqdim etməsini şirkət stereotip düşüncə tərzini dağıdılması kimi dəyərləndirir.


Yaroslav Lisovolik - Rusiya Diplomatiya Akademiyasının professoru

Ancaq Rusiya Diplomatiya Akademiyasının dünya iqtisadiyyatı kafedrasının professoru Yaroslav Lisovolik “Saxo Bank”ın proqnozlarını elə də həyata keçməz saymıor: "Əgər Rusiya barədə proqnozlardan danışsaq, çətin ki, onları əlçatmaz saymaq ola bilər. Rublun təxminən 20% möhkəmlənməsi barədə verilən proqnozu mümkünsüz saymaq düzgün olmaz".

Son bir neçə ildə Brent markalı qiymətinin dəyişməsi (dollar/barrel)


Amma bununla belə, Lisovolik də neftin qiymətinin barrel üzrə 100 dolları keçəcəyini inandırıcı saymayıb. Bazarlar da bu fikri inandırıcı saymır. 2008-ci ilin dekabr ayından bu yana ilk dəfə olaraq dekabrın 14-də Brent neftinin qiyməti barrel üzrə 37 dollardan aşağı düşüb. Bu gün 38 dollara qalxan neft yenidən geriləyib.

2015-ci il dekabrın 16-də Brent markalı neftin qiymətinin dəyişməsi (dollar/barrel)


Neftin qiyməti keçən həftədən başlayaraq ucuzlaşmağa başlayıb. Bunun əsasən OPEK-in dekabrın 4-də keçirilmiş iclası ilə bağlı olduğu bildirilir. Kartel üzvü olan ölkələr neft hasilatının azaldılması ilə bağlı saziş bağlamayıblar və hətta neft hasilatı kvotasını sutkada 30 milyon barreldən 31,5 milliona barrelə qaldırıblar. Hazırda kartel sutkada 31-32 mln barrel neft hasil edir.

Həmçinin, gələn ayın əvvəlindən İran nefti bazara çıxmalıdır. Sanksiyalar üzündən bu ölkədən neft ixracatı məhdudlaşdırılmışdı. 2015-ci ilin noybar ayında İranın orta sutkalıq neft hasilatı 2,8 milyon barrelə bərabər olub. Yaxın aylarda İranda neft hasilatı daha 1 milyon barrel arta bilər. Bazarda təklifin artması neftin daha da ucuzlaşmasına səbəb ola bilər.


Tags:  Neft üç dəfə bahalaşacaq


RƏYLƏR


Top news