"Vitorul" klubunun baş məşqçisi George Hacı karyerasını Rusiya Premyer oliqasında davam etdirə bilər. Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Qalatasaray"ın əfsanəvi futbolçusu "Rubin"ə baş məşqçi təyin oluna bilər. 50 yaşlı mütəxəsisə illik 4 milyon avro məvacib təklif edilir. Amma Hacı mövsümün gedişində klubunu dəyişmək fikrində deyil. Kazan klubunun nümayəndələri danışıqlar aparmaq üçün Rumıniyadadır.
Daha öncə Hacı "Bursaspor" və "Qalatasaray"ı da çalışdırıb.
Milli.Az