Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

​KİV: "İraqda türk hərbçilərinin düşərgəsi raket atəşinə tutulub"

​KİV: "İraqda türk hərbçilərinin düşərgəsi raket atəşinə tutulub"

Date: 16 December 2015 21:27

Bakı. 16 dekabr. REPORT.AZ/ Türkiyə hərbçilərinin Şimali İraqdakı düşərgəsi raket atəşinə tutulub.
"Report" "Al Arabia" telekanalına istinadən xəbər verir ki, düşərgəyə yaylım atəşi sistemi ilə "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) yaraqlıları zərbə endiriblər.
Telekanalın məlumatına görə, "Zlikan" bazasına edilən hücum nəticəsində Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Bu ərəfədə, "Sky News Arabia" telekanalının məlumatına görə isə, raket atəşinə Şimali İraqın Neynəva əyalətindəki Başika düşərgəsi məruz qalıb. Bir nəfərin öldüyü və onlarla yaralının olduğu məlumat verilir.

Tags:  KİV İraqda türk hərbçilərinin düşərgəsi raket atəşinə tutulub

RƏYLƏR


Top news