Hədiyyə qutusu alarkən diqqətli olun! - TƏHLÜKƏ - VİDEO

Hədiyyə qutusu alarkən diqqətli olun! - TƏHLÜKƏ - VİDEO
22:27 16 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Yeni il ərəfəsində mağazalarda uşaqlar üçün hədiyyə qutuları satılmağa başlanıb. Ancaq əksər marketlərdəki hədiyyə qutularının üzərində içindəkilərin istehsal tarixi yoxdur. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, hətta bəzilərinin içində nə olduğunu yalnız açandan sonra anlamaq olur. Mütəxəssislər isə xəbərdarlıq edir. Uşaqları sevindirmək istəyərkən xoşagəlməz hadisələrə səbəb olmamaq üçün diqqətli olun!

Arxasında, içindəkilər və saxlanma şəraiti yazılsa da nə vaxt istehsal olunduqları məlum deyil. Söhbət hər il olduğu kimi bu ildə satışa çıxarılan uşaqlar üçün yeni il hədiyyə qutularından gedir. Marketlərdən bildirirlər ki, hədiyyənin yığılması baha başa gəldiyindən firmadan hazır almağa üstünlük verirlər.

Marketlərdə tarixə xüsusi diqqət yetirildiyi bildirilsə də hədiyyə qutularının əksəriyyətinin üzəridə istehsal tarixi göstərilməyib. İstehsal tarixinə diqqət etmədən hədiyyələri alanlar da var, vaxtı keçmiş məhsulun uşağını zəhərləyəcəyindən qorxanlar da.

Qutuların içində şirniyyatlar, uşaqlar üçün oyuncaqlar olur və çeşidlərdən asılı olaraq qiyməti 10 manatadəkartır. Mütəxəssislər hədiyyə qutularındakı şirniyyatlara və onların istehsal tarixinə diqqət etməyin vacib olduğunu deyirlər. Hədiyyənin içində isə qablaşdırılmış məhsullara üstünlük verilməlidir. Əks halda xoşagəlməz hallar qaçılmaz ola bilər.

Mütəxəssislərin fikrincə hədiyyələri uşaqlara verəcək şəxs onları açıq alıb qutulara ya da bəzəkli sellafonlara özü yıxsa yaxşıdır. Ən azından nə aldığını və təhlükəsiz olduğunu bilmək üçün.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390837.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR