Bakıda böyük tıxac - FOTO

Bakıda böyük tıxac - FOTO
22:27 16 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakı-Sumqayıt yolunda böyük tıxac müşahidə olunur. Milli.Az musavat.com-a istinadən xəbər verir ki, həm Bakıdan Sumqayıta gedən, həm də Sumqayıtdan Bakıya gələn istiqamətdə hərəkət dayanıb. 

Tbilisi prospektindən başlayan tıxac Xırdalana qədər davam edir. Ən acınacaqlı vəziyyət isə "Şamaxı dairəsi"ndə yaranıb. Dairədə avtomobillərin hərəkəti tam dayanıb, minlərlə avtomobil yolda qalıb. 

Adamlar avtobuslardan düşüb, yağışlı havada yollarına piyada davam etmək məcburiyyətində qalıblar. 

Tıxacın səbəbi hələlik məlum deyil.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/390836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR