Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Tanınmış azərbaycanlı ifaçı niyə ana ola bilmir?

Tanınmış azərbaycanlı ifaçı niyə ana ola bilmir?

Date: 16 December 2015 22:52

Müğənni İlhamə Qasımova övlad sahibi ola bilməməsinin səbəbini açıqlayıb. Milli.Az big.az-a istinadən bildirir ki, müğənni bildirib ki, səhhətində olan problemlərlə əlaqədar olaraq övlad sahibi ola bilmir. O, övladlığa uşaq götürməyə də qorxu ilə yanaşdığını deyib: 

"Övladlığa uşaq götürməyə qorxuram. Çünki o uşağın genetik problemləri məni çox narahat edir. Bilmirsən ki, o uşaq sabah böyüyəndə necə olacaq. Qonşuluğumda yaşayan bir ailənin başına gələn hadisəni xatırlayıram. Övladlığa götürdükləri uşağı böyüdüblər və sonra içkiyə aludə olub. Ona görə də genetik problemlər məni çox düşündürür".

Müğənni həmçinin bildirib ki, övladlıq uşaq böyütmək böyük məsuliyyətdir və o buna hazır deyil: 

"Hər bir işə məsuliyyətlə yanaşmağı sevirəm. Çoxları mənə deyir, sən övladlığa uşaq götür gerisi Allah kərimdir. Amma mən belə düşünmürəm. Uşaq böyütmək çox böyük bir məsuliyyətdir. Özümü buna hazır hiss etmirəm".

İfaçı fikirlərini Zaur Baxşəliyevin "Bizimləsən" verilişində paylaşıb.

Milli.Az


Tags:  Tanınmış azərbaycanlı ifaçı niyə ana ola bilmir


RƏYLƏR


Top news