​Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalayıb

​Putin Ukrayna ilə azad ticarət zonası haqqında sazişin dayandırılmasına dair fərman imzalayıb
22:52 16 Dekabr 2015
43 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Rusiyanın iqtisadi təhlükəsizliyi və maraqlarına toxunan müstəsna hallarla əlaqədar" 2016-cı il 1 yanvar tarixindən etibarən Ukrayna ilə azad ticarət zonası haqqında müqavilənin fəaliyyətinin dayandırılmasına dair fərman imzalayıb.
"Report" xəbər verir ki, sənəd hüquqi informasiya rəsmi internet portalında yerləşdirilib.
Rusiyanın baş naziri Dmitri Medvedev dekabrın 9-da verdiyi açıqlamasında bildirib ki, Ukrayna Avropa İttifaqı ilə assosiativ üzvlük astanasında olduğundan, 1 yanvar 2016-ci ildən etibarən onunla güzəştli ticarət rejimi dayandırılmalıdır.

Xəbərin orijinal ünvanı: http://report.az/region/putin-ukrayna-ile-azad-ticaret-zonasi-haqqinda-sazisin-dayandirilmasina-dair-ferman-imzalayib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR