Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Buz dövrü"nün beşinci hissəsinin yeni treyleri

"Buz dövrü"nün beşinci hissəsinin yeni treyleri

Date: 16 December 2015 22:56

“Blue Sky Studios” və “20th Century Fox” studiyaları məşhur “Buz dövrü” filminin 5-ci hissəsinin yeni treylerini yayımlayıb.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, “Toqquşma qaçılmazdır” adlanan filmdə hadisələr bu dəfə kosmosda baş verir.
 
Belə ki, Skret fındıqdan ötrü bu dəfə kosmosa yola düşür. Orada isə təsadüfən “Böyük partlayış”ın səbəbkarı olur. Yer kürəsinə meteroitlər düşməyə başlayır və Menni, Sid, Dieqo, eləcə də digər qəhrəmanlar özlərinə yeni sığınacaq axtarmağa başlayırlar. Hadisələrin nə ilə nəticələnəciyini isə gələn ilin iyulunda film nümayişə hazır olduqdan sonra bilmək olacaq.
 
Qeyd edək ki, filmin yeni hissəsinin rejissorları Mayk Termayer və Qalen Çudur.


Tags:  Buz dövrünün beşinci hissəsinin yeni treyleri

RƏYLƏR


Top news