Pele və Ziko federasiya prezidentinə qarşı məktuba imza atıb

Pele və Ziko federasiya prezidentinə qarşı məktuba imza atıb
23:05 16 Dekabr 2015
19 İdman
Ölkə mətbuatı
A- A+

FİFA-nın ətrafında cərəyan edən korrupsiya qalmaqalında fiqurlardan biri Braziliya Futbol Federasiyasının prezidenti Marko Polo del Nerodur. Milli.Az goal.az-a istinadən xəbər verir ki, Pele və Ziko da daxil olmaq 125 braziliyalı məşhur Del Neronun istefasını tələb edən məktiba imza atıb.

"Biz baş prokuroru , federal polisi və vergi xidmətini koppursiya ilə məşğul olan və ya Braziliya futbolunu parçalamaq istəyənləri cəzasız buraxmamağa çağırırıq" - məktubda deyilir.

Qeyd edək ki, Del Neronun sələfi Xose Mariya Marin də məhz bu ittiham əsasında həbs olunub. Eyni zamanda 1989-2012-ci illərdə Braziliya Futbol Federasiyasına rəhbərlik etmiş Rikardo Teyşeyraya qarşı da analoji ittiham irəli sürülüb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390843.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR