Cazın dərvişinin anım günü (VİDEO)

Cazın dərvişinin anım günü (VİDEO)
23:11 16 Dekabr 2015
30 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan cazının dərvişi sayılan Vaqif Mustafazadənin anadan olmasından bu gün 75 il ötür.

ANS TV-nin məlumatına görə, onu Azərbaycan cazının möcüzəsi adlandırırlar. Artıq 36 ildir ki, Vaqif Mustafazadə anılır, sevilir və onun xatırlanmasında da müəyyən fərqlilik var.

Çünki, məhz onun barmaqları pianinonun dillərinə toxunduqca dinləyicilər heç vaxt eşitmədikləri musiqinin sehrində özlərini unudurdular.

Mustafazadənin musiqisində və duyumunda qərbin caz üslubu, elementlərilə yanaşı, şərqin qəlbi riqqətə gətirən min bir duyğu çaları özünə yuva salmışdı.

İndinin özündə də onun adı çəkiləndə Xəzərin sərin küləyi, Qız qalası və köhnə Bakı gözümüz qarşısında canlanır.

Mustafazadə soyadını caz aləmində brend edən, ilahi musiqisilə dövrünün müasirlərini xeyli qabaqlayan, əsrarəngiz ifa sənəti və milli koloritli bəstələrilə dünyaya səs salan sənətkar çox az yaşadı.

Ömür payı heç yarım əsrə çatmadı. Cazın atasının ruhu isə indi yəqin ki, şaddır. Çünki onun yolunu, özünün dili ilə desək, balaca şahzadəsi Əzizə davam etdirir.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR