Apteklər 4 kateqoriyaya bölünəcək - VİDEO

Apteklər 4 kateqoriyaya bölünəcək - VİDEO
23:12 16 Dekabr 2015
61 Sosial
Ölkə mətbuatı
A- A+

Apteklər 4 yeni katoqoriyaya ayrılacaqlar. Milli.Az xezerxeber.com-a istinadən bildirir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi yeni təkliflər hazırlayıb. Yeniliklərə əsasən hər aptek istədiyi dərmanı sata bilməyəcək.

Apteklər 4 kateqoriyaya bölünəcək. Bu kateqoriyalara uyğun da dərman satışı həyata keçiriləcək. Səhiyyə nazirliyinin Analitik Ekspertiza Mərkəzi mütəxəssislərinin hazırladığı yeni təklifləridə məsələ əksini tapıb.

İkinci kateqoriyadan olan apteklər dərman hazırlaya bilməyəcək və yalnız reseptlə eyni zamanda reseptsiz dərmanların satışı ilə yanaşı, optik ləvazimatların satışını həyata keçirə biləcəklər. 3-cü kateqoriyadan olan apteklərin fəaliyyəti isə digərlərindən bir qədər fərqlənəcək.

3-cü kateqoriyadan olan apteklər isə reseptli və reseptsiz dərmanların satışı ilə məşğul olacaq. Ancaq bu apteklər optik ləvazimatlar sata bilməyəcək.

İctimai yerlərdə ən çox rast gəlinən apteklər isə əsasən 4-cü kateqoriyaya məxsus olacaq. bu apteklər yalnız reseptsiz dərmanları sata biləcəklər. Dünya Səhiyyə Təşkilatının tələblərinə uyğun hazırlanan təkliflərdə apteklərin sahəsi də fərqlənəcək.

Birinci kateqoriyadan olan apteklərin sahələri ən azı 110 kvadratmetr, ikinci kateqoriyadan olan apteklərin ərazisi minimum 70-110 kvadratmetr arası, 3-cü kateqoriyadan olanlar 35 kvadratmetr, 4-cü kateqoriyadan olan apteklər isə 20 kvadratmetr sahəni əhatə etməlidir. Aptek sahibləri də kateqoriyada göstərilən sahə məhdudiyyətlərinin vətəndaşların keyfiyyətli dərman əldə etməsi üçün vacib hesab edirlər.

Bütün 4 kateqoriyaya aid olan apteklər eyni zamanda qan təzyiqinin, qanda şəkərin, bədən hərarətinin, arterial təzyiqin ölçülməsi kimi diaqnostik xidmətlər də göstərəcəklər. Bütün bunlar layihənin aidiyyatı qurumlar tərəfindən qəbul olmasından sonra gerçəkləşəcək. Yeniliyin gələn ildən tətbiqi gözlənilir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/390848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR