İŞİD yeni xəlifəsini elan etdi

İŞİD yeni xəlifəsini elan etdi
23:36 16 Dekabr 2015
58 Digər
Ölkə mətbuatı
A- A+

İŞİD terror qruplaşması ABŞ prezidenti Barak Obamaya ünvanlanan videomüraciət yayıb.

ANS PRESS-in məlumatına görə, terrorçular müraciətdə Amerika liderini böyük rəhbər kimi təqdim edilir.

Ekstremistlərin fikrincə, məhz onun sayəsində cihadı yeni səviyyəyə qaldırmaq mümkün olub. İŞİD hər şeydən əvvəl Obamanın ən böyük xidməti kimi Müəmmər Qəddafinin məhv edilməsini göstərir.

“Əfqanıstanı xatırlamaq olar, Corc Buş bizə İraqı gətirdi, amma əsl qəhrəman – Obamadır. O, bizim xilafətimizin əsasını qoydu. Onun sayəsində biz şəriətin qanunlarına razılaşmayan hökumətlərdən qurtula bildik . Obama bizi qanunun formalaşmasında bizim üçün maneə olan Qəddafidən qurtara bildi. İndi mərhəmətli Allahın sayəsində bizim bütün qruplaşmalarımız birləşdirilmişdir”, - deyə müraciətdə deyilir.


Barak Obama - ABŞ prezidenti

Terrorçular bildirirlər ki, ABŞ prezidentinin sayəsində onların silahı var və onlar Obamanın düşmənləriylə mübarizə aparırlar. Müraciətin sonunda döyüşçülər Obamanı öz xəlifələri elan edirlər.



“Obama, sən bizə silah hədiyyə etdin, biz onu sənin düşmənlərinə qarşı istifadə edirik. Sən bizim üçün çox şey etdin, Obama. Buna görə, biz səni bizim xəlifəmiz elan edirik, Allaha tərəf gedən yolda bizim bələdçimiz sənsən”, - deyə döyüşçülər bildirir.



İraq Şam İslam Dövləti (İŞİD) İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı paramilitar qruplaşmadır. İŞİD 2014-cü il yanvarın 3-də öz müstəqilliyini elan edib. 2014-cü il iyunun 29-da isə İŞİD xilafət yaratdığını elan edib. İŞİD üzvlərinin əsas özəlliyi təkfirçi olmalarıdır. Onlar inanclarını qəbul etməyən hər bir kəsi kafir elan edirlər. Nəticədə, İŞİD-lə döyüşlərdə yüz minlərlə insan həlak olub və ya edam edilib. Bir neçə milyon insan isə qaçqın düşüb.


İŞİD qruplaşmasının nəzarət etdiyi ərazilər

Hazırda İŞİD-ə qarşı bir neçə cəbhədə döyüşlər gedir. Qruplaşma ilə Suriya və İraq hökumət qüvvələri, ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qüvvələri, həmçinin Livan və İraq şiələrindən ibarət könüllü birləşmələr, kürd silahlıları döyüşürlər. Amma bu qüvvələr arasında əlaqələndirmə yoxdur.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367453

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR