Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Tərtərdə üçotağlı ev yandı, sahibi yaralandı

Tərtərdə üçotağlı ev yandı, sahibi yaralandı

Tarix: 16 Dekabr 2015 23:49

Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

 

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

 

Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunub. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.​


Teqlər:  Tərtərdə üçotağlı ev yandı sahibi yaralandı



RƏYLƏR


Top xəbərlər