Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"CBC Sport" SD formata keçir

"CBC Sport" SD formata keçir

Date: 17 December 2015 00:17

Oktyabrdan etibarən Azərbaycanda fəaliyyətə başlayan "CBC Sport" telekanalı öz əhatə dairəsini genişləndirir. Fanat.az xəbər verir ki, HD formatda fəaliyyət göstərən ilk telekanalımız kimi tarixə düşən "CBC Sport" paytaxt və ona yaxın şəhər və rayonlarda demək olar maneəsiz olaraq izlənilirdi.

Ancaq digər şəhər və rayonlarda bunu demək mümkün deyildi. Belə ki, bir çox evdə istifadə olunan televizorlar HD formatlı telekanalı dəstəkləmədiyi üçün bunun üçün ayrıca resiver (və ya HD tuner) almaq lazım gəlirdi. Bunun isə ən aşağı qiyməti 30-35 manatdan başlayırdı.

Sonda "CBC Sport" rəhbərliyi iqtisadi böhranın yaşandığı bir vaxtda fərqli qərar verməklə digər şəhər və rayonlarımızdakı idman azarkeşlərini də sevindirmək qərarına gəlib. Belə ki, Azərbaycanın müxtəlif rayonlarında "CBC Sport" telekanalı SD formatda yayıma başlayacaq. Yaxın günlərdə Gəncə, Lerik, Şirvan, Quba, Ağsu, Zaqatala, Ağstafa, Şəki və Qəbələdə yerüstü sərbəst açıq yayımla bu telekanalı izləmək mümkün olacaq.

Qeyd edək ki, "CBC Sport" telekanalı əsasən futbol üzrə Azərbaycan Premyer Liqasını, İtaliya A Seriyasını, Hollandiya Erediviziyasını və Türkiyə Kubokunun görüşlərini tamaşaçılara çatdırır.

Fanat.az

Tags:  CBC Sport SD formata keçir


RƏYLƏR


Top news