Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Stress Alsheymer xəstəliyi yaradır

Stress Alsheymer xəstəliyi yaradır

Date: 17 December 2015 00:46

“Albert Einstein College of Medicine and Montefiore Health Systems”in yeni tədqiqatının nəticələrinə görə, stress keçirən adamlarda sonralar Alsheymer xəstəliyi inkişaf etməyə başlayır.

Axşam.az Azərtac-a “nauka24news.ru” saytına istinadla xəbər verir ki, Riçard Liptonun başçılıq etdiyi bir qrup nevroloq müəyyən edib ki, stress ahıllarda mülayim koqnitiv pozuntuların inkişaf riskini artırır. Belə vəziyyətdə Alsheymer xəstəliyinin inkişafına əlverişli şərait yaranır. Amma stress asanlıqla müalicə olunur. Tədqiqatların nəticələri göstərir ki, ahıllarda stressin vaxtında üzə çıxarılması və müalicə olunması onlarda Alsheymer xəstəliyinin qarşısının alınmasına imkan verir.

Alim deyir:
 
“Tədqiqatımız inandırıcı şəkildə sübut edir ki, xroniki stress yaşlı adamda koqnitiv pozuntuların inkişafı ehtimalını yüksəldir. Xoşbəxtlikdən, stress koqnitiv pozuntuların inkişafında dəyişən risk amilidir və bu da onu müalicə üçün potensial hədəfə çevirir. R.Lipton və onun həmkarları orta hesabla 3, 6 il nevroloqların müşahidəsi altında olan 70 və daha yaşlı 500-dən çox insanı müayinə edəndən sonra bu qənaətə gəliblər.

Tədqiqatçılar müəyyən ediblər ki, “yüksək gərginlik” qrupundakı iştirakçılarda “amnestik mülayim koqnitiv pozuntular“ın (AMKP) inkişafı qalan dörd qrupla ( onlarda stressin səviyyəsi aşağı olub) müqayisədə 2,5 dəfə çox olub.
 
Alimlər aşkar ediblər ki, depressiya stress və AMKP arasındakı əlaqəyə böyük təsir göstərib.

Tags:  Stress Alsheymer xəstəliyi yaradır


RƏYLƏR


Top news