Tərtərdə evdə yanğın baş verib, ev sahibi yanıq xəsarətləri alıb

Tərtərdə evdə yanğın baş verib, ev sahibi yanıq xəsarətləri alıb
01:18 17 Dekabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Tərtər şəhərində 3 otaqlı ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Tərtər şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanmışdır. Yanğın zamanı ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə yanğınsöndürənlər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil verilmişdir.

Yaxınlıqdakı qonşu ev yanğından mühafizə olunmuşdur. Yanğın saat 21:53-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.​

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/incident/2470516.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR