​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i sata bilər

​Rusiyanın Maliyyə Nazirliyi "Rosneft"i sata bilər
01:32 17 Dekabr 2015
32 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Rusiya hökuməti "Rosneft"dəki payını 2016-ci il üçün özəlləşdirməyə hazırlayır.
"Report" xəbər verir ki, bu barədə ölkənin maliyyə naziri Anton Siluanov məlumat verib.
Onun sözlərinə görə, satışa şirkət səhmlərinin 19,5%-i çıxarılacaq.
Paketin minimal dəyəri 500 milyard rubl təşkil edəcək.
Nazir qeyd edib ki, aktivi almaq istəyən namizədlər arasında Çin səhmdarları da var. Hazırda İqtisadi İnkişaf Nazirliyi özəlləşdirilmə üzərində işləyir.
"Rosneft"in 69,5%-i "Rosnefteqaz" dövlət şirkətinə, 19,75%-i isə Britaniyanın BP şirkətinə məxsusdur. Belə olan halda, səhmlər satıldıqdan sonra dövlət Rusiyanın iri neft şirkəti üzərində nəzarətini saxlamış olacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/region/rusiyanin-maliyye-nazirliyi-rosneft-i-sata-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR