Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyənin Rusiya gəmilərini saxlamasının səbəbi (VİDEO)

Türkiyənin Rusiya gəmilərini saxlamasının səbəbi (VİDEO)

Date: 17 December 2015 02:56

Rusiya və Türkiyə arasında yaranan gərginlik fonunda növbəti qalmaqal yaşanıb.

Millət vəkili, politoloq Rasim Musabəyov “Nəzər Nöqtəsi”ndə bu qalamaqalın baş verib-vermədiyinə aydınlıq gətirib.

- Rasim müəllim son məlumatlara görə, Rusiya Türkiyənin 13 gəmisini, buna cavab olaraq isə Türkiyə Rusiyanın 27 gəmisini saxlayıb. Bu məlumat öz təsdiqini taparsa, növbəti atəş səsini eşitmək zərurəti ortaya cıxa bilərmi?

- İlk öncə bunu dəqiqləşdirməyə ehtiyac var. Əvvəlki məlumatlara istinadən Rusiya Türkiyənin 5, daha sonra 3, ümumilikdə isə 8 gəmisini saxlayıb. Lakin burada söhbət saydan getmir. Rusiyanın apardığı siyasət gərginliyin artmasına hesablanıb. Onlar Türkiyədən istədiyini üzürxaqlıq və izahat almadığı halda yeni sanksiyalar tətbiq etmək niyətindədir. Türkiyə baxamayaraq ki, soyuqanlı, adekvat tədbirlərə əl atmırdı. Amma son məlumatlar görə, artıq Türkiyə adekvat addımlar atmağa hazırlaşır. Belə ki, Türkiyə Rusiya qazından imtina etmək istəyir. Türkiyə isə məhz yaranacaq bu boşluğu İsrail və Kipirdən alacaq əlavə qazla doldurmaq istəyir.

– Rasim müəllim, burada bir məsələ var, o da gəmilərin saxlanılmasıdır. Gəmilərin saxlanılması düşünülməmiş çox kobud bir addımdır. Bu nə siyasi, nə də diplomatik bir jestdir. Dünya praktikasında belə bir hal var?

- Dünya praktikasında belə bir hal var. Gəmilər müxtəlif səbəblərdən hər zaman yoxlanıla bilər. Və bu gəmiləri müvəqqəti olaraq saxlamaq mümkündür. Ancaq saxlanma səbəbilə bağlı izahat verilməlidir. Son məlumata görə, artıq Rusiya tərəfi neytral bir ərazidə bu məsələni Türkiyə ilə birgə müzakirə etməyə razılıq verib. Hazırda bu məsələ ilə əlaqədar olaraq internet vasitəsilə yazışmalar gedir. Hər bir halda gəmilərin keçidilə bağlı Rusiyanı Türkiyədən asıllığı daha çoxdur.

Müsahibəyə daha ətraflı aşağıdakı video materiallarda baxa bilərsiniz:




Tags:  Türkiyənin Rusiya gəmilərini saxlamasının səbəbi VİDEO


RƏYLƏR


Top news