"Mançester Yunayted" ulduz futbolçu uğrunda mübarizədə PSJ-yə rəqib oldu

"Mançester Yunayted" "Bavariya"nın hücumçusu Robert Levandovski uğrunda mübarizəyə qoşulub.

Metbuat.az "Bild"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" PSJ-nin təklifini təkrarlamağa hazırdı. Əgər transfer baş tutarsa, polşalı futbolçu ilinə, vergilər çıxılmaqla 15 milyon avro məvacib alacaq.

PSJ"Mançester Yunayted"lə yanaşı, Madrid "Real"ı da Levandovski ilə yaxından maraqlanır.

Cari mövsümdə Bundesliada 15 matçda meydana çıxan Robert Levandovskinin aktivində 15 qol, 2 məhsuldar ötürmə var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR