Andres İnyesta: "Tarix yazmaq istəyirik"

"Barselona"nın yarımmüdafiəçisi Andres İnyesta FIFA-nın rəsmi saytına müsahibə verib.

İspan futbolçu mövsümün geri qalan hissəsində də pozitiv əhval-ruhiyyəni qorumaq istədiklərini bildirib:

"İspaniya çempionatının lideriyik və Çempionlar Liqasında pley-offa yüksəlmişik. Komandanın oyunu gündən-günə inkişaf edir. Bütün mövsüm boyunca pozitiv əhval-ruhiyyəni qorumaq istəyirik.

İşlərin heç də qaydasında getməyəcəyi periodun gələcəyini başa düşürük. Amma məhz belə anlarda komanda reaksiya göstərməyi bacarmalı və vəziyyəti düzəltməlidir. Tarix yazmaq istəyirik".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR