Cahangir Zeynalovun anadan olmasının 150 illiyi qeyd olunacaq

04:08 17 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 17 dekabr, AZƏRTAC
Dekabrın 23-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı Mədəniyyət və Turizm Nazirliyində tədbirlər planı hazırlanıb. Yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb. Layihədə yubilyarın nəvəsi, Əməkdar İncəsənət Xadimi Cahangir Novruzovun rejissorluğu ilə Anton Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb. Səhnə əsərinin baş rolunda Cahangir Novruzov, digər rolda aktyor Hikmət Rəhimov çıxış edəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cahangir_Zeynalovun_anadan_olmasinin_150_illiyi_qeyd_olunacaq-911922

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR