İŞİD-in qazandığı və xərclədiyi pullar

İŞİD-in qazandığı və xərclədiyi pullar
04:16 17 Dekabr 2015
29 Digər
Ölkə mətbuatı
A- A+

Böyük Britaniyada dərc olunan “The Financial Times” qəzeti bir neçə ay ərzində İŞİD-in iqtisadi durumu barədə apardığı araşdırmanı başa çatdırıb.

ANS PRESS-ini məlumatına görə, qəzet öz araşdırmasında İŞİD-dən qaçmış çox saylı fərarilərin ifadələrinə və terror təşkilatının büdcəsi barədə bir neçə sənədli dəlilə əsaslanır. “The Financial Times”ın qiymətləndirməsinə görə, İŞİD-in Suriya və İraqda əldə etdiyi gəlirlərin toplam qiyməti ildə təxminən 900 milyon dollar təşkil edir.

Bu, təhlükəsizlik məsələləri üzrə ixtisaslaşmış “HIS” agentliyinin məlumatları ilə üst-üstə düşür. Agentlik İŞİD-in aylıq gəlirinin 80 milyon dollar olduğunu bildirir. Əldə edilən məlumatlara görə, İŞİD-in büdcəsi mərkəzləşdirilib. Gəlir və xərclərin qeydiyyatı 2014-cü ildən İŞİD-in nəzarətinə keçmiş Mosul şəhərində aparılır. İki milyon nəfərin yaşadığı bu İraq şəhəri İŞİD-in mərkəzi sayılır. İŞİD-in nəzarəti altında olan hər bir vilayətin də öz büdcəsi var. Vilayətlərin büdcəsinə İŞİD lideri Əbubəkr əl-Bağdadi tərəfindən təyin edilmiş valilər nəzarət edir. Regional büdcələr ərazidən əraziyə fərqlidir.


Əbubəkr əl-Bağdadi - İŞİD lideri

"The Financial Times" qəzetinin hesablamasına görə, İŞİD-in il ərzində əldə etdiyi 900 milyon dollar əhalinin vergiləri, müsadirələr və qaçaq neft satışı hesabına əldə edilir.

Büdcənin 600 milyon dolları silahlı birləşmələrin maliyyələşdirilməsinə gedir. İŞİD-in hərbi büdcəsinin əsas bəndlərindən biri xarici könüllü döyüşçülərin muzdunun ödənilməsidir. Hər ay əl-Bağdadinin qara bayrağı altında vuruşan xarici vətəndaşlara ayda 20 milyon dollar xərclənir. Onların hər biri ayda 600-1000 dollar maaş alır. Bu hesabat Amerikanın "Soufan Group" konsaltinq şirkəti tərəfindən dekabrın əvvəlində açıqlanmış qiymətləndirməni təsdiqləyir. Şirkətin məlumatına görə, İŞİD sıralarında 31 min xarici vətəndaş vuruşur. FT-nin əlinə düşmüş "maaş siyahılarından" birində həm də göstərilib ki, arvadı və ya cariyəsi olan döyüşçü əlavə olaraq əlavə olaraq 50 dollar alır. Uşağın olması isə əlavə olaraq 35 dollar gətirir.


İraq və Suriyada İŞİD-in nəzarət etdiyi ərazilər (boz rənglə)

İŞİD-ə and içmih Suriya və İraq döyüşçülərinə ayda 200-300 dollar pul ödəyirlər. Əlində İŞİD-in silahını tutan, amma əl-Bağdadiyə anda içməmiş əsgərlərə isə ayda 50-150 dollar verirlər. "The Financial Times"ın qiymətləndirməsinə görə, əl-Bağdadinin ordusundan 50-70 min Suriya və İraq vətəndaşı vuruşur.

İŞİD-də QİÇS epidemiyası

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367354

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR