Dollarla bağlı kritik qərar açıqlandı

Dollarla bağlı kritik qərar açıqlandı
04:31 17 Dekabr 2015
93 Digər
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları mərkəzi bankı kredit faizlərini 0.25 faiz artırıb. ANS PRESS-in məlumatına görə, bu, 2006-cı ildən sonra faizlərin ilk artışıdır.

Federal Ehtiyatlar Sistemi, eyni zamanda, ölkə iqtisadiyyatının gələn il üçün inkişaf göstəricilərini də açıqlayıb. Rəsmilərin proqnozuna görə, iqtisadiyyatın 2.3-2.4 faiz inkişaf edəcəyi gözlənilir.

Bankın qərarı Amerikanın səhm bazarına dərhal öz təsirini göstərib. Ekspertlərin sözlərinə görə, faizlərin artması inkişaf etməkdə olan bazarlara mənfi təsir edəcək.


Canet Yellen - FES rəhbəri

Mərkəzi bankın kredit faizlərini artıracağına dair proqnozlar səhm və istiqraz bazarına da təsirsiz ötüşməyib. İnvestorlar faiz yüksəlişinə hazırlaşdığı bir vaxtda səhm bazarında da qiymətlər artıb.

FES-in rəhbəri Canet Yellen isə bəyan edib ki, neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq. C.Yellen hesab edir ki, elə bir hədd mövcuddur ki, neft qiymətləri bundan aşağı düşməyəcək.

"Dünya bazarları qiymətlərin sabitləşməsini və tədricən artacağını gözləyir. Neftin qiyməti sabitləşəcək, lakin əvvəlki səviyyəyə çatmayacaq”, deyə C.Yellen bildirib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367467

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR