Baş naziri vurdular (VİDEO, FOTO)

Baş naziri vurdular (VİDEO, FOTO)
04:51 17 Dekabr 2015
47 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın baş naziri Mariano Rahoya şəhərin mərkəzi küçəsində gəzinti zamanı döyülüb. ANS PRESS-in məlumatına görə, naziri naməlum şəxs vurub.

Hadisə İspaniyanın Pontevedra şəhərinin mərkəzində baş verib. Gəzinti zamanı ölkənin hökumət başçısına naməlum şəxs hücum edib. “El Mundo” qəzetinin məlumatına görə, əvvəlcə kişi baş nazirə onunla şəkil çəkdirməyi xahiş edib. Daha sonra həmin şəxs siyasətçini vurub.


Mariano Rahoya - baş nazir

Polis əməkdaşları cinayətkarı tutaraq onu bölməyə aparıb. Hadisə şahidləri olay baş verərkən orda olanlardan bəzilərinin həmin şəxsi "Əhsən, əhsən!" qışqırıqlarla salamlayıb.

Bir müddət əvvəl Rahoya digər bir məsələ ilə diqqət mərkəzinə düşmüşdü. Baş nazir canlı yayımda oğlunu döymüşdü. Kuryoz hadisə baş nazirin radio proqramına qatıldığı zaman baş vermişdi. Bu zaman onun yanında 10 yaşlı oğlu Juan da olub. Baş nazir radioda FİFA oyununu şərh edib.

Studiyadakı jurnalist 10 yaşlı uşağın da fikrini soruşub. Juan isə “məncə daha yaxşı ola bilrədi" dyeə cavab verib. Atasının təccüblü baxışını görərərk daha da irəli gedib və "Buna zibil deməmək üçün elə söylədim", deyə sözünə davam edib. Mariano Raho bu cavabdan sonra oğlunun başına zarafatyana iki dəfə yüngülcə vurub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=367463

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR