​BMT baş katibi: "Suriya böhranının həlli Əsədin gələcəyindən asılı olmamalıdır"

​BMT baş katibi: "Suriya böhranının həlli Əsədin gələcəyindən asılı olmamalıdır"
06:42 17 Dekabr 2015
26 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Suriyada yaranan böhranın həlli ölkə prezidenti Bəşər Əsədin gələcək taleyindən asılı olmamalıdır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə BMT-nin baş katibi Pan Gi Mun bildirib.
"Prinsip etibarı ilə, prezident Əsədin gələcək taleyi ilə bağlı qərarı Suriya xalqı qəbul etməlidir. Eyni zamanda, mən hesab edirəm ki, bütün Suriya böhranı və onun həllinin təkcə bir insanın taleyindən asılı olması fikri qəbuledilməzdir. Bu yolverilməzdir", - deyə baş katib qeyd edib.

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/bmt-bas-katibi-suriya-bohraninin-helli-esedin-geleceyinden-asili-olmamalidir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR