Bakı. 17 dekabr. REPORT.AZ/ Amerika hökuməti Türkiyə hakimiyyətinin "İraq-Şam İslam Dövləti" terror qruplaşmasından (İŞİD) neft tədarükü ilə məşğul olmasına dair məlumata malik deyil.
"Report" xəbər verir ki, bunu dekabrın 16-da Ağ evdə jurnalistlər üçün keçirilən brifinqdə ABŞ maliyyə naziri müavininin səlahiyyətlərinin müvəqqəti icraçısı Adam Şubin bildirib.
Ondan Rusiya rəhbərliyinin Türkiyənin İŞİD-dən neft almasına dair səsləndirdiyi fikirlərə münasibət bildirməsi xahiş olunub:
"Biz Türkiyə hökumətinin İŞİD-dən neft almasına dair heç bir sübut görmürük".