Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Balıqdan monastır kotleti - FOTO

Balıqdan monastır kotleti - FOTO

Date: 17 December 2015 07:05

Milli.Az balıqdan monastır kotletinin hazırlanma qaydasını təqdim edir

Tərkibi: 

500 q istənilən balığın filesi 
1 baş soğan 
2 diş sarımsaq 
2 yerkökü
2 kartof
70 q kələm
şüyüd
cəfəri
2 yumurta
duz, istiot, ədviyyat (zövqə görə)
narın suxarı

Çiy tərəvəzlə (soğan, yerkökü, kələm, kartof) balığı ət maşınından keçirin. 

Xırdalanmış sarımsaq və xırda doğranmış göyərtini, yumurta, 2 x.q. suxarı əlavə edin, duz-istiot, sevdiyiniz başqa ədviyyat vurun. 

Əllərinizi azca su ilə isladıb kotletlər tutun, narın suxarıya batırıb bitki yağında hər üzünü qızardın. 

Nuş olsun! 

Milli.Az 






Tags:  Balıqdan monastır kotleti FOTO

RƏYLƏR


Top news