Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olub - FOTO

Heydər Əliyev Mərkəzində Stiven Siqalın konserti olub - FOTO
07:42 17 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Bakıda Rumıniya xalq musiqisi konserti keçiriləcək (22 May 2017 15:42)
Dövlət Dəniz Administrasiyasının kollektivi Heydər Əliyev Mərkəzində olub (FOTO) (12 May 2017 17:08)
Muğam Mərkəzində “Natiq” ritm qrupunun konserti keçiriləcək (11 May 2017 13:52)

Dekabrın 16-da məşhur Hollivud ulduzu Stiven Siqal ilk dəfə Bakıda, Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, konsertdə Stiven Siqal və onu müşayiət edən qrup blüz musiqi proqramını təqdim edib.

Konsertin maraqlı məqamlarından biri Hollivud ulduzunun səhnəni "Natiq" ritm qrupu ilə paylaşması olub. Stiven Siqal milli musiqiçilərlə maraqlı kompozisiya təqdim edib.

Qeyd edək ki, kinoaktyor, rejissor, eyni zamanda, aykido ustası Stiven Siqal musiqiçi kimi də məşhurdur. Hətta o, musiqi ifaçılığı ilə aktyorluqdan daha əvvəl məşğul olmağa başlayıb. Stiven Siqal 12 yaşından gitarada ifa etməyə başlayıb və əsasən blüz janrına üstünlük verib.

İllər boyu öz üzərində işləyən Stiven Siqal məşhur blüz əfsanələri - Bi Bi Kinq, Bo Didli, Con Li Huker, ona ən çox təsir göstərmiş gitaraçı Braun Klarens "Qeytmaut" ilə birgə çıxışlar edib, blüzə olan sevgisini onlarla bölüşüb.

Stivenin anası "onun musiqisini dünya eşitməlidir" deyəndən sonra Siqal ilk albomunu buraxıb. 2005-ci ildə işıq üzü görən "Kristal mağaradan mahnılar" ("Songs from the Crystal Cave") albomu Avropa bazarında ən çox satılan albomlardan olub və özündə blüz, pop, rok kimi müxtəlif janrları birləşdirib.

2006-cı ildə daha bir musiqi albomu - "Mojo Priest" təqdim olunub. Musiqişünaslar tərəfindən ilin ən yaxşı blüz albomu adlandırılan "Mojo Priest" təkcə Stivenin sərt gitara üslubunu deyil, həmçinin blüzün əsasını qoymuş Bi Bi Kinq, Bo Didli, Robert Lokvud, Ko Ko Teylor, Ceyms Kotton, Villi Perkins və Hubert Samlin kimi sənətkarların musiqisini də özündə birləşdirir.

Bi Bi Kinq Stiven Siqalın musiqisini xarakterizə edərkən "Stiven gitara çalmaqda mahir ustadır", - deyə söyləyib. Blüzü ənənəvi və mənalı bir tərzdə çatdırmaq istedadı Stivenin yazdığı və ifa etdiyi musiqidə aydın görünür.

Qeyd edək ki, Stiven Siqalın böyük gitara kolleksiyası da var. O, bunu 1960-cı illərdən toplamağa başlayıb. Kolleksiyaya Albert Kinq, Albert Kollinz və digər məşhur ifaçıların gitaraları daxildir.

1952-ci ildə ABŞ-da anadan olan Stiven Siqal 1986-cı ildən kino sahəsində fəaliyyətə başlayıb və 1988-ci ildə "Qanundan yüksəkdə" adlı ilk filmində Niko rolunu ifa edib. Əsasən döyüş filmlərində çəkilən aktyor "Mühasirədə", "Ölümcül təhlükə", "Məhvetmə qərarı", "Keçmişin kölgəsi", "Günəşin altında" və digər filmlərdə rol alıb.

Stiven Siqal, həmçinin film prodüseri kimi tanınır. O, prodüseri olduğu filmlərdə döyüş səhnələrinə quruluş verib.

Bu il sentyabrın 21-də Bakıya səfəri çərçivəsində Heydər Əliyev Mərkəzində olan Stiven Siqal Mərkəzin Auditorium zalına heyran qalmış və burada konsert vermək arzusunu bildirmişdi.

Bir saatdan artıq davam edən konsert proqramında gitara ifaçısı, müğənni Stiven Siqal blüz janrında musiqi ilə tamaşaçıların qarşısına çıxıb. Konsert boyu ifaçının auditoriya ilə ünsiyyəti qurması tamaşaçılara unudulmaz anlar bəxş edib.

Konsertdən sonra Stiven Siqal təəssüratlarını jurnalistlərlə bölüşüb, onların suallarını cavablandırıb. Bildirib ki, Heydər Əliyev Mərkəzində tamaşaçılar qarşısında çıxış etdiyi müddətdə o, olduqca xoş anlar keçirib. "Natiq" ritm qrupunun fanatıdır və onunla birgə çıxış etməsini şəxsən arzu edib. İkinci dəfədir Bakıya gəldiyini deyən Hollivud ulduzu şəhəri görmək imkanı əldə etdiyini də vurğulayıb və paytaxtımızın gözəlliyinin, ölkədəki tolerantlıq mühitinin onda xoş təəssürat oyatdığını bildirib.

Hollivud ulduzu dekabrın 17-də də Heydər Əliyev Mərkəzində çıxış edəcək.

Milli.Az











RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Okean sahilində kafe - FOTO

25 May 2017 05:32

Braziliyada iğtişaşlar: azı 49 yaralı

25 May 2017 05:15

Rusiyada bankomatlar müştəriləri üzdən tanıyacaq

25 May 2017 05:02

Tez-tez xəstələnməyin, halsızlığın səbəbi… - VİDEO

25 May 2017 04:58

ABŞ-ın hərbi gəmisi Cənubi Çin dənizindəki mübahisəli əraziyə yaxınlaşıb

25 May 2017 04:47

İki mərtəbəli mənzil - FOTO

25 May 2017 04:32

Braziliya prezidenti orduya ölkədə asayişi bərpa etmək əmri verib

25 May 2017 04:27

Mourinyo 3-cü, “Mançester Yunayted” 5-ci oldu

25 May 2017 04:24

Kürdə biogen maddələrin miqdarı normadan dəfələrlə çoxdur

25 May 2017 04:03

ŞOK İDDİA!

25 May 2017 03:39

Bakıda sərxoş kişi özünü bıçaqlayaraq intihara cəhd edib

25 May 2017 03:32

Litva səciyyəli minimalizm - FOTO

25 May 2017 03:32

ABŞ-da naməlum şəxs üç nəfəri yaralayıb

25 May 2017 03:29

Tərtərə palçıqlı yağış yağdı

25 May 2017 03:19

Tovuzda zəhərlənmə: 25 yaşlı gənc spirtli içkidən komaya düşdü

25 May 2017 03:08

Türkiyədə Nuhun gəmisi tapıldı

25 May 2017 02:59

Hizer jurnala bəzək oldu - FOTO

25 May 2017 02:32

Neft hasil edən ölkələr Vyana sazişinin uzadılmasını müzakirə edəcəklər

25 May 2017 02:27

"Barselona"nın futbolçusu "İnter"ə keçir

25 May 2017 02:23

Ağıllı KİŞİLƏR, yoxsa QADINLAR daha çox xəyanət edir? - ARAŞDIRMA

25 May 2017 02:18

Xaricdə təhsil alanlara ŞAD XƏBƏR:

25 May 2017 01:52

Cocuq Mərcanlıda 1019 qəlpə tapılıb (FOTO)

25 May 2017 01:50

Etirazçılar iki nazirliyin binasına od vurdu

25 May 2017 01:34

Ənənəvi memarlığa çağdaş yanaşma - FOTO

25 May 2017 01:32

Mançester terrorçusunun atası saxlanıldı

25 May 2017 01:27

Avropa Liqasında FİNAL GECƏSİ FOTOLARDA

25 May 2017 01:23

Edin Ceko Avropa Liqası-2016/17-nin ən yaxşı bombardiri olub

25 May 2017 01:22

Məşhur teleaparıcı bu şəkillərə görə LAĞA QOYULDU - FOTOLAR

25 May 2017 01:03

"Mançester Yunayted" Avropa Liqasının qalibi oldu

25 May 2017 00:55

"Mançester Yunayted" qalib gəldi

25 May 2017 00:50

"Mançester Yunayted" tarixində ilk dəfə Avropa Liqasının qalibi olub

25 May 2017 00:42

ABŞ dövlət katibinin birinci müavini bəlli oldu

25 May 2017 00:39

Tərki-dünya “vəzifəsi” üçün işini atdı - FOTOLAR

25 May 2017 00:33

Güzəştli mənzilləri elektron qaydada necə əldə etmək olar? -

25 May 2017 00:31

Astroloji proqnoz - 25 may

25 May 2017 00:23

Braziliyada nümayişçilər daha bir nazirliyin binasını yandırıblar

25 May 2017 00:22

Fransada fövqəladə vəziyyət müddəti artırılır

25 May 2017 00:08

Günün qoroskopu: bir sıra sınaqdan keçməli olacaqsınız

25 May 2017 00:05

Cakartada törədilən terror aktı nəticəsində 3 polis ölüb

25 May 2017 00:02

Çiyələk alarkən onun saxlanma şəraitinə xüsusi fikir verilməlidir

24 May 2017 23:57

"Mən qabaqladığım kluba keçə bilmərəm"

24 May 2017 23:57

Yanıq xəsarəti alana bunları bir-bir edin - YADDA SAXLAYIN!

24 May 2017 23:57

Fəhlələr 300 milyon dollarlıq zümrüd tapdılar - 272 kq

24 May 2017 23:57

Xavi "Real"ın futbolçusunu təriflədi

24 May 2017 23:57

Göbələk xəstəliyi kişidən yoluxur? - QADINLAR, MÜTLƏQ OXUYUN

24 May 2017 23:57

Dünyadakı bütün evlərin ÜMUMİ QİYMƏTİ - İnanılmaz RƏQƏM

24 May 2017 23:52

"Mançester Yunayted" onu satır

24 May 2017 23:52

Da Vinçi klonlaşdırılır: alimlər onu yenidən dünyaya qaytaracaqlar

24 May 2017 23:47

Mbappe: "Yeni klub seçimində..."

24 May 2017 23:47

Meymun kökəlib bu hala düşdü: Tezliklə arıqlamasa... - FOTO

24 May 2017 23:47