Putinin mətbuat konfransına rekord sayda jurnalist akkreditə olunub

Putinin mətbuat konfransına rekord sayda jurnalist akkreditə olunub
07:42 17 Dekabr 2015
39 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin cümə axşamı jurnalistləri 11-ci dəfə "böyük" mətbuat konfransına toplayacaq.

Milli.Az "report"a istinadən xəbər verir ki, dövlət başçısının "illik hesabatı" Beynəlxalq Ticarət Mərkəzində keçiriləcək və vaxt məhdudiyyəti olmayacaq.

Bu il mətbuat konfransına rekord sayda - 1390 KİV nümayəndəsi akkreditə olunub.

Putinin 2001-ci ildə keçirilən birinci mətbuat konfransına 500-dən çox, 2002 və 2003-cü illərdə 700-dən çox, 2004-cü ildə təqribən 750, 2007-ci ildə 1132, 2008-ci ildə 1364, 2013-cü ildə 1327, 2014-cü ildə isə 1259 jurnalist akkreditə olunub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR