Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Saakaşvili: "Vəzifəmi tərk etməyəcəm"

Saakaşvili: "Vəzifəmi tərk etməyəcəm"

Date: 17 December 2015 07:47

Odessa vilayətinin qubernatoru, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili vəzifəsini tərk etmək niyyətində olmadığını bildirib.

APA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə M.Saakaşvili televiziyadakı çıxışında bəyan edib.
 
"Hesab edirəm ki, Odessada yaxşı işlər görürəm. Söz verirəm ki, korrupsiyaya qurşanmış hökumət üzvlərinin məsuliyyətə cəlb edilməsi üçün əlimdən gələni edəcəm", deyə M.Saakaşvili vurğulayıb.
 
Xatırladaq ki, dekabrın 14-də Ukrayna Milli İslahat Şurasının iclasında Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili ilə daxili işlər naziri Arsen Avakov və baş nazir Arseni Yatsenyuk arasında qalmaqal baş verib.  Tərəflər bir-birinin ünvanına ağır ittihamlar, təhqirlər səsləndiriblər.

Milli.Az


Tags:  Saakaşvili Vəzifəmi tərk etməyəcəm


RƏYLƏR


Top news