Avropa futbolunu silkələyəcək 3 iddia

Avropa futbolunu silkələyəcək 3 iddia
08:37 17 Dekabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+

Avropanın 3 önəmli klubunun yeni baş məşqçilərinin kimliyi ilə bağlı yeni iddialar səslənib. Milli.Az anspress-ə istinadən xəbər verir ki, "Bavariya", "Mançester Yunayted" və "Çelsi"nin yeni çalışdırıcılarının adı açıqlanıb.

İddiaya görə, "Bavariya" ilə müqaviləsinin müddətini artırmayan Pep Qvardiola mövsümün sonunda Almaniyadan ayrılacaq. Onun хidmətində "Mançester Yunayted", "Çelsi" və "Mançester Siti" maraqlıdı. "Mançester Yunayted"in Luis van Qaalla yollarını ayıracağı və ispan mütəхəssisin "qırmızı-şeytanlar"a rəhbərlik edəcəyi deyilir.

Qeyd edək ki, bir neçə gün əvvəl "Bavariya"nın əfsanəsi Frans Bekkenbauer Qvardiolanın "Mançester Yunayted"lə anlaşdığını və yayda klubu tərk edəcəyini açıqlamışdı. Bekkenbauer həmçinin dünya səviyyəli bir mütəхəssisi komandaya gətirəcəklərini bildirmişdi.

Artıq "Bavariya"nın yeni baş məşqçisinin kimliyi də müəyyənləşib. İddiaya görə, Münhen klubuna Qvardioladan sonra Karlo Ançelotti başçılıq edəcək. İtalyan mütəхəssisin son iş yeri "Real" olub.

Daha bir iddia isə "Çelsi" ilə bağlıdı. Məlumata görə, London klubu Joze Mourinyonu yola salacaq. Onu komandanın sabiq baş məşqçisi Qus Hiddink əvəzləyəcək. 59 yaşlı mütəхəssis son olaraq Hollandiya millisini çalışdırıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390883.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR