Azərbaycanda silsilə oğurluqlar edən xalaoğlular tutulub

Azərbaycanda silsilə oğurluqlar edən xalaoğlular tutulub
09:37 17 Dekabr 2015
40 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 17 dekabr. REPORT.AZ/ Şirvan rayonunda oğurluq edən iki xalaoğlu tutulub. "Report" xəbər verir ki, Şirvan sakini 19 yaşlı Zahid Abbasov 11 sentyabr 2015-ci il tarixdə, qohumu Elçin Əliyevlə birlikdə Şirvan sakini Roman Yaqubovun evinə daxil olaraq həmin evdən dəyəri 2500 manat olan iki ədəd qızıl sırğa və bir ədəd qızıl üzükdən ibarət komplekti, üzərində brilliant qaşları olan 2000 manat dəyərində bir ədəd qızıl kolye, bir ədəd 150 manat dəyərində qızıl uşaq bilərzik, bir ədəd 400 manat dəyərində qızıl kişi üzüyünü, bir ədəd brilliant qaşlı 500 manat dəyərində qızıl qadın üzüyünü və bir ədəd brilliant qaşlı 200 manat dəyərində qızıl qadın üzüyünü götürərək Roman Yaqubova 5750 manat dəyərində maddi zərər vurublar.
Bundan başqa, qohumlar təkrarən dekabrın 7-də Şirvan sakini Qurbanova Mehriban Vaqif qızına məxsus gözəllik salonuna daxil olaraq salondan ümumi dəyəri 606 manat olan müxtəlif əşyalar oğurlayaraq qaçıblar.
Daha sonra qohumlar dekabrın 14-də Elşən Novruz oğlu Muradova məxsus yaşayış evinə daxil olaraq həmin evdən bir ədəd DVD aparatını, 100 ədəd DVD formatlı disk və qab-qacaq dəstini talayaraq ev sahibinə 175 manat  maddi ziyan vurublar.
Onlar həyata keçirdikləri silsilə oğurluqlar nəticəsində ümumilikdə  vətəndaşlara 6530 manat dəyərində maddi ziyan vurublar.
Faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində Cinayət Məcəlləsinin 29, 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açaılıb, araşdırmalar aparılır. 







Xəbərin orijinal ünvanı: http://report.az/hadise/silsile-ogurluqlar-eden-xalaoglular-tutulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR