Gənc oğlan baş naziri şapalaqladı - VİDEO - FOTO

Gənc oğlan baş naziri şapalaqladı - VİDEO - FOTO
09:57 17 Dekabr 2015
54 Digər
Ölkə mətbuatı
A- A+

İspaniyanın baş naziri Mariano Rahoyu 17 yaşlı gənc şapalaqlayıb. Hadisə baş nazir Pontevedra şəhərində gəzintidə olarkən baş verib.

Milli.Az El Mundo-ya istinadən bildirir ki, baş nazirə yaxınlaşan gənc onunla selfi çəkdirmək istədiyini deyib. Bundan sonra o, Mariano Rahoya şapalaq vurub.

Şahidlərin dediklərinə görə, həmin an olay yerində olan bəzi sakinlər "Bravo! Bravo!" qışqıraraq gənci dəstəkləyiblər.

Bundan cuşa gələn gənc baş nazirin şillə zərbəsindən sınmış eynəyini yerə atıb və sonra Mariano Rahoyun mühafizə xidmətinin rəhbərlərindən birini vurub.

Gənc tutularaq polisə aparılıb.

Çaş-baş qalmış baş nazir ətrafındakılardan soruşub: "Axı bu, necə baş verə bilərdi?" 60 yaşlı baş naziri müşayiət edənlər isə sanki heç nə olmayıbmış kimi davranıblar.

Pontevedranı tərk edən Mariano Rahoy La-Korunya şəhərinə yollanaraq mitinqə qatılıb.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/390893.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR