Qeyd edək ki, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.
Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 2015-ci il dekabrın 21-dək müvafiq reyestrə daxil olmaq üçün İSB-yə müraciət etməlidir. Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.
Bildirək ki, bundan əvvəl “AXA-Mbask” və "Xalq Sığorta" da Reyestrə daxil edilib.