Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Maşallah Əhmədova qarşı 3 ay müddətinə həbs qətimkan tədbiri seçildi

Date: 17 December 2015 10:13

Bakı. Trend:

"Neftçi" futbol klubunun keçmiş futbolçusu Maşallah Əhmədov barəsində həbs qətimkan tədbiri seçilib.

Trend-in məlumatına görə, ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və Binəqədi Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib

Qeyd edək ki, keçmiş futbolçu şəxslərin etimadından istifadə etməklə pullarını mənimsəməkdə günahlandırılaraq, dekabrın 14-də Binəqədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Maşallah Əhmədova qarşı ay müddətinə həbs qətimkan tədbiri seçildi

RƏYLƏR


Top news