​Adam Şubin: "İŞİD-in hasil etdiyi təbii qazı Suriya alır"

10:17 17 Dekabr 2015
20 Dünya
Ölkə mətbuatı
A- A+

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Maliyyə Nazirliyinin Terrorçuluğa qarşı mübarizə və maliyyə kəşfiyyatı bölməsinin təmsilçisi Adam Şubin mətbuat konfarnsında Rusiyanın Türkiyəni İŞİD qruplaşması ilə ticarət əlaqəsində ittiham etməsinə dair sualı cavablandırarkən bildirib.
A.Şubin qeyd edib ki, İŞİD qruplaşmasının nəzarəti altında olan ərazilərdən hasil edilən təbii qazı isə Suriya alır: "İŞİD tərəfindən hasil edilən neftin böyük hissəsi neft emalı zavodlarına göndərilir, yaxud enerji almaq məqsədi ilə istifadə edilir".
O, terrorçu İŞİD-in maliyyə əməliyyatlarından və onlara qarşı mübarizə üsullarından da danışıb.
A.Şubin bildirib ki, terrorçu qruplaşmalara maliyyə axının qarşısının alınması məqsədi ilə BMT Təhlüksəizlik Şurasına üzv olan dövlətlərin maliyyə nazirlərinin iştirakı ilə toplantı keçirməyi planlaşdırırlar. 

Xəbərin orijinal ünvanı: http://report.az/region/adam-subin-i-si-d-in-hasil-etdiyi-tebii-qazi-suriya-alir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR