Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub

Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub

Ermənilər cəbhədə təxribatlar törədir (26 Mart 2017 11:04)
Cəbhədən SON XƏBƏR (26 Mart 2017 10:52)
Cəbhədə silahlar susmur (26 Mart 2017 10:48)

Tarix: 17 Dekabr 2015 10:28


Bakı, 17 dekabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 və 82 millimetrlik minaatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 84 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Novruzlu, Cəvahirli, Kəngərli, Sarıcalı, Şuraabad, Yusifcanlı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 88 dəfə atəş zərbəsi endirib.

Teqlər:  Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 84 dəfə pozub



RƏYLƏR


Top xəbərlər