Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

“Microsoft Imagine Cup” innovasiya müsabiqəsinin seçim turu başlayıb

Date: 17 December 2015 10:36

Dünyanın bir sıra ölkələrinin tələbələri arasında hər il keçirilən genişmiqyaslı innovasiya müsabiqəsi - “Microsoft Imagine Cup”ın seçim turu başlayıb.
 
Müsabiqənin şərtləri haqqında “Microsoft Azerbaijan” şirkətinin nümayəndələri Bakı Dövlət Universitetində (BDU) Tələbə Gənclər Təşkilatının dəstəyi ilə keçirilən görüşdə məlumat veriblər.
 
Qeyd edilib ki, müsabiqə Azərbaycanda ikinci dəfə təşkil olunur.
 
Müsabiqə çərçivəsində tələbələrdən ibarət komandalar “İnnovasiya”, “Dünya vətəndaşlığı” və “Oyunlar” kateqoriyaları üzrə iştirak edə bilər.
 
İştirak üçün “Microsoft” platforması üzərində innovativ proqram layihəsi, “Microsoft” texnologiyaları əsasında müasir dövrün problemlərini həll edən tətbiqin prototipini və ya orijinal oyun hazırlamaq lazımdır.
 
 
Müsabiqə 16 yaşına çatmış tələbələr üçün təşkil olunur. Hər komandada eyni və ya müxtəlif universitetlərin 4-dək tələbəsi təmsil oluna bilər. Komandanın ən azı bir üzvü ingilis dilində sərbəst danışmağı bacarmalıdır.
 
 
Müsabiqədə iştirak üçün qeydiyyat dekabrın 25-dək davam edəcək. Gələn ilin yanvarın 1-dən aprelin 15-dək isə müsabiqəyə hazırlıq işləri aparılacaq və apreldə milli turun finalı keçiriləcək.
 
Milli seçim turunun 3 nominasiya üzrə qalibləri ikinci turda - gələn ilin may ayında onlayn rejimdə keçiriləcək beynəlxalq yarımfinalda iştirak etmək şansı əldə edəcəklər.
 
 
Həqiqət İSABALAYEVA



Tags:  Microsoft Imagine Cup innovasiya müsabiqəsinin seçim turu başlayıb



RƏYLƏR


Top news