Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Müdafiə Sənayesi Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Date: 17 December 2015 10:38


Bakı, 17 dekabr, AZƏRTAC 
Müdafiə Sənayesi Nazirliyinin kollektivi bu qurumun yaradılmasının on illik yubileyi münasibətilə dekabrın 17-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Sonra Müdafiə Sənayesi Nazirliyinin kollektivi Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Tags:  Müdafiə Sənayesi Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib


RƏYLƏR


Top news