Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

2020-ci ildə sürücüsüz avtomobillər hamı üçün əlçatan olacaq

2020-ci ildə sürücüsüz avtomobillər hamı üçün əlçatan olacaq

Date: 17 December 2015 10:41

Çinin "Baidu" axtarış sisteminin direktoru Li Yanxun bildirib ki, yaxın 3-5 ildə sürücüsüz avtomobillər hamı üçün əlçatan olacaq.
"ICTnews" elektron xəbər xidməti "itar-tass.com" resursuna istinadən bildirir ki, "Baidu" artıq bir neçə ildir sürücüsüz avtomobillər üzərində iş aparır.
 
"Biz təxminən 5 il əvvəl robot-axtarış sistemlərinin təlimi ilə bağlı layihəyə start vermişik. Bu, sürücüsüz avtomobilin yaradılması istiqamətində atılmış ilk addım olub" - şirkətin rəhbəri deyib.
 
"Baidu" şirkətinin direktoru söyləyib ki, elektronika qurğularının dəyərinin azalması və texniki həllərin təkmilləşdirilməsi nəticəsində tamamilə avtomatlaşdırılmış robot yaratmağa nail olunub.
 
"Biz layihənin reallaşdırılması zamanı səsin tanınması texnologiyasını tətbiq etdik. İndi əminliklə deyə bilərəm ki, insan beyninin bütün sadə funksiyaları robotlar tərəfindən yerinə yetirilə bilər. Biz düşünürük ki, robotlar avtomobili idarə edə bilər,  buna görə yaxın 3-5 ildə sürücüsüz avtomobillər hamı üçün əlçatan olacaq" – deyə Yanxun proqnoz verib.
 
Emil Hüseynov



Tags:  2020-ci ildə sürücüsüz avtomobillər hamı əlçatan olacaq



RƏYLƏR


Top news