DSX: Azərbaycan dövlət sərhədlərinin təkmilləşdirilməsində BMT ilə əməkdaşlığı davam etdirəcək

DSX: Azərbaycan dövlət sərhədlərinin təkmilləşdirilməsində BMT ilə əməkdaşlığı davam etdirəcək
10:43 17 Dekabr 2015
23 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

BMT ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlər əhəmiyyətlidir.

Trend-in məlumatına görə, bu barədə DSX-nın rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broeki ilə görüşündə bildirilib.

DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, dekabrın 16-da DSX-nın rəsisi E.Quliyev BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broeki səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.

Görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb, BMT İnkişaf Proqramı tərəfindən 2010-2012-ci illərdə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində bir layihənin icrasının yekunlaşdırılması, 2014-cü ildən etibarən isə digər layihənin uğurla davam etdirilməsi vurğulanıb, birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub.

E.Quliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsini qeyd edib, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb.

Eyni zamanda, görüşdə dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.

Tərəflər DSX və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını qeyd ediblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2470588.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR