Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiyada Milli Robot Texnikası İnkişafı Mərkəzi yaradılacaq

Rusiyada Milli Robot Texnikası İnkişafı Mərkəzi  yaradılacaq

Date: 17 December 2015 10:46

Rusiya Prezidenti Vladimir Putin “Milli texnologiyalar və robot texnikasının baza elementlərinin inkişafı mərkəzinin yaradılması haqqında” fərman imzalayıb.
 
Fərmana görə, mərkəzin əsas funksiyaları hərbi, xüsusi və ikili təyinatlı robot texnikası sahəsində monitorinq və işlərin təşkilindən ibarətdir. Mərkəzin fəaliyyətinin həyata keçirilməsinin təmini üzrə funksiyalar isə Perspektiv Tədqiqatlar Fonduna tapşırılıb.
 
Fərmanla həmçinin hərbi, xüsusi və ikili təyinatlı robot texnikası kompleksləri Rusiya Federasiyasında elm, texnologiyalar və texnikanın inkişafının prioritet istiqamətləri sırasına daxil edilib, - “www.lenta.ru” yazır.  



Tags:  Rusiyada Milli Robot Texnikası İnkişafı Mərkəzi yaradılacaq



RƏYLƏR


Top news