Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

MTRŞ regionlarda fəaliyyət göstərən televiziya kanallarında dillə bağlı monitorinqlər aparacaq

Date: 17 December 2015 10:47

Bu barədə "Report"a Şuranın sədr müavini Qafar Cəbiyev məlumat verib.
O bildirib ki, monitorinq region telekanallarında və radiolarda ayrı-ayrılıqda aparılacaq: "Məntiqlə ədəbi dilin qaydalarının pozulması halları bütün yayımçılarda var. Amma bunu ortaya qoymaq üçün rəsmi faktlara ehtiyac var. Ona görə də monitorinqlər aparılır. Monitorinqlərin aparılması üçün sahə üzrə mütəxəssislər cəlb olunur".
Q.Cəbiyev onu da bildirib ki, dillə bağlı aparılan monitorinqlərdən heç bir yayımçı kənarda qalmayacaq. Onun sözlərinə görə, gələcəkdə dövlət büdcəsindən maliyyələşən yayımçıların hər biri monitorinqlərə cəlb olunacaq.
Şura sədrinin müavini onu da bildirib ki, əvvəlki monitorinqlərin nəticələrindən çox narazılıq edən televiziya kanalları, aparıcılar zamanla öz nitqlərində düzəliş etməyə başladılar: "Monitorinqlərdən sonra efirdə ədəbi dilin qaydalarının pozulması halları azalmağa başlayıb və bu sahədə müsbət irəliləyiş nəzərə çarpır".  

Tags:  MTRŞ regionlarda fəaliyyət göstərən televiziya kanallarında dillə bağlı monitorinqlər aparacaq

RƏYLƏR


Top news